Gəncədə 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə konfrans keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhər Səhiyyə İşçiləri Həmkarlar Şurasının dəstəyi və TƏBİB-in tabeliyində fəaliyyət göstərən "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" PHŞ-nin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr edilmiş multidissiplinar konfrans keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" PHŞ-nin mütəxəssisləri ilə yanaşı Bakı şəhərindən və Gəncə şəhərindəki özəl xəstəxanalardan dəvət olunmuş həkim mütəxəssislər məruzələrlə çıxış ediblər. İki gün davam edən konfransda mövzular kardiologiya, travmatologiya, transplantasiya, urologiya, radiologiya, ümumi cərrahiyyə, ginekologiya, oftalmologiya, nevrologiya sahələrini əhatə edib.