Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib

18 aprel 2024 | 18:47

Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidmətinin Gəncə Regional İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Mədəni irsin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarsəinin rəisi Pərvin Kazımov, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Vüsal İbrahimov, Gəncə Regional Turizm İdarəsinin rəisi Zaur Bayramov, AYNA Gəncə Regional İdarəsinin müdiri Müzadil Həsənov, aidiyyatı qurumların nümayəndələri və şəhərdə fəaliyyət göstərən universitet və kolleclərin kollektivləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Nizami Gəncəvi Məqbərəsi ətrafında təşkil olunan ağacəkmə aksiyasına qoşularaq, iqlim şəraitinə uyğun ağaclar əkiblər. Daha sonra qonaqlar Nizami Gəncəvi Muzeyinə, Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Komplesinə ekskursiya ediblər. Burada Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən elan olunan rəsm müsabiqəsinin yekun mərhələsinin qalibləri müəyyən olunaraq mükafatlandırılıblar.

Tədbirin rəsmi hissəsində çıxış edən natiqlər Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı məlumat veriblər. Bildiriblər ki, bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir. Çıxışlarda həmçinin, bu il Baki şəhərində keçiriləcək COP29 İqlim Dəyişikliyi Formu ilə əlaqədar  İqlim dəyişikliyinin abidələr üzərindəki təsiri ilə də bağlı mülahizələr səsləndirilib.

Çıxışlardan sonra ekskuriyanın davamı olaraq qonaqlar Şah Abbas Uğurlu Xan Karvansarayını, Cümə məscidini və Çökək Hamamı ziyarət ediblər.

Tədbir Gəncə Uşaq İncəsənət məktəbinin şagirdlərinin və Gəncə Mədəniyyət Mərkəzinin Uşaq Xalq Çalğı Alətləri orkestrini hazırladığı musiqili proqramla davam edib.

Keçidlər