Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “2023-cü ilin birinci yarısında şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında” Gəncə Şəhər İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib

17 avqust 2023 | 16:14

Hesabat yığıncağında cari ilin 6 ayın sosial-iqtisadi inkişafının yekunlarına nəzər salınıb. Toplantıda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA Gəncə Bölməsinin sədri , akademik Fuad Əliyev, YAP Gəncə Şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, o cümlədən bələdiyyə sədrləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Niyazi Bayramov çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə cari ilin iyul ayının 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib. Şəhər rəhbəri qeyd edib ki, Prezident cənab İlham Əliyevin məqsədyönlü və ardıcıl siyasəti, həmçinin Gəncəyə olan qayğısı sayəsində cari ilin ilk 6 ayında da şəhərin sosial-iqtisadi həyatının bütün sahələrində inkişaf və yüksək göstəricilər müşahidə olunub.
Daha sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev “2023-cü ilin I yarısında Gəncə şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair” məruzə ilə çıxış edib. Bildirib ki, 2023-cü ilin yanvar-iyun aylarında Gəncə şəhərində istehsal edilmiş ümumi məhsul buraxılışının həcmi 618,1 milyon manat təşkil edib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz çoxdur. Gəncədə İdman Sarayının, “Gəncə KOB evi”nin, Ekoloji Park Kompleksinin, o cümlədən "Azərbazalt" MMC-nin sifarişi ilə həyata keçirilən orqanik gübrə istehsalı zavodunun və “AzerGold” QSC-nin törəmə cəmiyyəti kimi “AzerBlast” MMC adı altında fəaliyyət göstərəcək sənaye əhəmiyyətli partlayıcı maddələr zavodunun inşaları sürətlə davam etdirilir.
“Gəncə şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi davam etdirilir. Layihə çərçivəsində ümumi uzunluğu 855 kilometr içməli su xəttinin 439 kilometri və ya 51 faizi, 813 kilometr olan kanalizasiya xəttinin 342 kilometri və ya 42 faizi çəkilib.
Adil Tağıyev məruzəsində qeyd edib ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq cari ilin əvvəlindən “Heydər Əliyev İli” çərçivəsində tədbirlər həyata keçirilir.
Daha sonra toplantıda idarə, müəssisə və təşkilat rəhbərlərinin hesabat xarakterli məruzələri dinlənilib.
Sonda hesabat yığıncağının qərar layihəsi qəbul olunub.

Keçidlər