Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd olunub

23 aprel 2025 | 16:43

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Gəncədəki Baş Konsulluğunun və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə  28 nömrəli tam orta məktəbdə  23 aprel - Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd edilib.

Tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, ADAU-nun rektoru Zəfər Qurbanov, Gəncə-Daşkəsən Regional İdarəsinin məsul əməkdaşları, təhsil işçiləri və şagirdlər iştirak ediblər.  

Əvvəlcə Azərbaycan və Türkiyə Respublikasının Dövlət Himnləri səsləndirilib, şəhidlərimzin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Recep Öztop çıxış edərək bildirib ki, Milli Suverenlik və Uşaq Bayramı Türkiyə Respublikasının qurucusu və ilk dövlət başçısı Mustafa Kamal Atatürkün dünya uşaqlarına verdiyi bir hədiyyədir. O qeyd edib ki, Türkiyənin hər bir tərəfində olduğu kimi, Azərbaycanın bölgələrində, o cümlədən Gəncə şəhərində də bu bayram böyük coşğu ilə qeyd olunur.

Adil Tağıyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından tədbir iştirakçılarını salamlayaraq, bütün uşaqları 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbrik edib, onlara sağlam gələcək və firavan həyat arzulayıb.

Çıxışlardan sonra konsert proqramı təqdim olunub. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli körpələr evi-uşaq bağçasının, 4, 16, 22 və 44  nömrəli tam orta məktəblərin, habelə, “Uşaq Gənclər İnkişaf Mərkəzi”nin istedadlı şagirdlərinin təqdimatında müxtəlif çıxışlar izlənilib. Bununla yanaşı, “Xəmsə” Uşaq Rəqs Ansamblının çıxışı böyük rəğbətlə qarşılanıb.

Sonda xatirə şəkli çəkdirilib

Xatırladaq ki, 1920-ci il aprelin 23-ü Türkiyənin Birinci Böyük Millət Məclisinin yarandığı və türk xalqının suverenliyini elan etdiyi tarixdir. Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk 1924-cü ildə 23 aprel tarixinin bayram kimi qeyd edilməsi haqqında qərar imzalayıb. Bu tarixdən 5 il sonra - 1929-cu ildən etibarən Türkiyədə 23 aprel tarixi Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd olunmağa başlayıb.

Keçidlər