Gəncədə 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və DİİXİHİ Gəncə şəhər komitəsinin təşkilatçılığı ilə 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsinə dərin ehtiram ifadə ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edib, onlara işlərinin peşəkarı olmağı və öz peşələrinə daim məsuliyyətlə yanaşmalarını tövsiyyə edib.
DİİXİHİ Gəncə şəhər komitəsinin sədri Ülviyyə Vəliyeva Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Respublika Komitəsinin sədri Hikmət Osmanovun adından dövlət qulluqçularını təbrik edib, onlara işlərində müvəffəqiyyətlər diləyib.
Daha sonra Niyazi Bayramova peşə bayramı münasibətilə DİİXİHİ Gəncə şəhər komitəsi tərəfində hədiyyə təqdim olunub. Eyni zamanda, komitə adından bir qrup dövlət qulluqçusu səmərəli əmək fəaliyyətinə görə Diplomlarla təltif olunublar.
Qeyd edək ki, Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.