Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə 26 İyun - Silahlı Qüvvəllər Günü münasibətilə hərbi yürüş gerçəkləşib

26 iyun 2025 | 11:52

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Gəncədə hərbi orkestrin müşayiəti ilə hərbçilərin təntənəli yürüşü keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, müharibə iştirakçıları və sakinlər iştirak ediblər.

26 İyun - Silahlı Qüvvələr Günündə qalib Azərbaycan Ordusunun hərbi qulluqçularının marş sədaları altında yürüşləri və hərbi orkestrlərin ifasında səsləndirilən hərbi vətənpərvərlik mahnıları şəhər sakinləri tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Şəhərin Nizami Gəncəvi prospektindən başlayan yürüş Heydər Əliyev prospekti və M.A.Abbaszadə küçəsində yekunlaşıb.

 

Keçidlər