Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə 30 Avqust - Türkiyənin Zəfər Bayramı Günü qeyd olunub

30 avqust 2025 | 09:57
Türkiyənin Gəncədəki Baş Konsulluğunda 30 Avqust – Zəfər Bayramı Günü münasibətilə tədbir keçirilib.
 
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, ADAU-nun rektoru Zəfər Qurbanov və digər rəsmilər, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Əvvəlcə Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himnləri səsləndirilib.
 
Ardınca din xadimi tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
 
Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop çıxış edərək, Türkiyə Respublikasının müstəqilliyi və suverenliyi uğrunda qazanılan tarixi qələbənin əhəmiyyətindən danışıb.
 
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev bu günün Türkiyə xalqı qədər azərbaycanlılar üçün də qürur mənbəyi olduğunu vurğulayıb. İki qardaş ölkə arasındakı sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə edib.
 
Sonda 30 Avqust - Zəfər Bayramı Gününə həsr olunmuş tarixi-sənədli film nümayiş olunub.
Keçidlər