Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə 31 ildən sonra Birinci Qarabağ müharibəsi şəhidi İxtiyar Əkbərovun dəfn mərasimi keçirilib

06 iyun 2024 | 18:40

Gəncə Şəhər Şəhidlər Xiyabanında Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İxtiyar Hüseyn oğlu Əkbərovun dəfn mərasimi keçirilib.  

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Pərvin Kərimzadə, Azərbaycan Dövlət Aqrar Univeristetinin rektoru Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Yaşar Ömərov, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, o cümlədən şəhidin ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, İxtiyar Hüseyn oğlu Əkbərov 28 yanvar 1960-cı ildə Gəncədə anadan olub. O, 13 oktyabr 1993-cü il tarixində Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb. İxtiyar Əkbərov uzun illər Tərtər şəhər Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilib.

 

Keçidlər