Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

05 oktyabr 2023 | 10:54

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, millət vəkili Pərvin Kərimzadə, ADAU-nun rektoru Zəfər Qurbanov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin ABŞ Corc Vaşington Universiteti ilə İnsan İnkişafı və Təhsilin İdarətetməsi üzrə magistr səviyyəsində ikili diplom proqramının müəllimi, ADPU-nun Strateji İnkişaf Mərkəzinin nəzdində MLP-nin təlimçisi Yuliya Kərimova, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və təhsil işçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Yuliya Kərimova “Öyrətmənin sirri və ya “yaxşı müəllimin sirri nədən ibarətdir?” mövzusunda təqdimatla çıxış edib.  

Niyazi Bayramov çıxışında ölkə rəhbərliyi tərəfindən təhsil sahəsinə göstərilən yüksək diqqət və qayğıdan bəhs edib. Şəhər rəhbəri təhsil işçilərini  5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi qəlbdən təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıb.

Anar Qədiməliyev ölkəmizdə təhsil sahəsinin inkişafından, həyata keçirilən islahatlardan danışıb və müəllimlərə bu  çətin və şərəfli peşələrində uğurlar arzu edib.

Pərvin Kərimzadə çıxışında bildirib ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı müxtəlif  tədbirlər həyata keçirilir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.

Daha sonra bir qrup təhsil işçisi 5 Oktyabr – Müəllimlər Günü münasibətilə təltif olunublar.

Tədbir şagirdlərin nümunəvi çıxışları ilə davam edib.

 

 

 

Keçidlər