Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə 8 Noyabr - Zəfər Günü ilə bağlı hazırlıq işləri aparılır

07 noyabr 2024 | 18:34

8 Noyabr - Zəfər Gününün dördüncü ildönümü ilə əlaqədar olaraq, ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də xüsusi hazırlıq işləri görülür. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən təsdiq olunmuş müvafiq “Tədbirlər Planı”na uyğun olaraq şəhərin bayramsayağı tərtibatı həyata keçirilir.  

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin müvafiq şöbələri tərəfindən Şəhidlər xiyabanının ərazisində genişmiqyaslı abadlıq və təmizlik işləri görülür, əraziyə yeni mövsümü güllər əkilib. Şəhidlər xiyabanının işıqlandırılması üçün nəzərdə tutulan plafonlardakı nasazlıqlar aradan qaldırılıb, güldanlar, işıq dirəkləri və oturacaqlar boyanıb. Həmçinin, Heydər Əliyev Park-Xiyaban Kompleksində də analoji işlər aparılıb, parkın ərazisi bayraqlarla bəzədilib.

Bununla yanaşı, şəhərin Heydər Əliyev adına Meydanında da bayrama hazırlıq işləri görülür. Konsert proqramı üçün nəzərdə tutulan səhnə qurulub, banerlər asılır və bayraqlar qaldırılır.

Onu da qeyd edək ki, 8 Noyabr – Zəfər Günü münasibətilə Gəncədə silsilə tədbirlər həyata keçiriləcək. Silsilə tədbirlər çərçivəsində Quru Qoşunların N saylı hərbi hissəsinin şəxsi heyətinin yürüşü baş tutacaq. Saat 19:00-da “Zəfərin mübarək, Azərbaycan!” adlı bayram konserti keçiriləcək. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq.

 

Keçidlər