Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə 8 Noyabr-Zəfər Günü ilə əlaqədar olaraq ağacəkmə aksiyası keçirilib

08 noyabr 2023 | 16:58

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Günü ilə bağlı Heydər Əliyev Park-Xiyaban Kompleksində  ağacəkmə aksiyası təşkil olunub.

Aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Dolidze, millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, GDU-nun rektoru, professor Yusif Yusibov, ATU-nun rektor əvəzi Yaşar Ömərov, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və şəhid ailələri iştirak ediblər.

Aksiya çərçivəsində simvolik olaraq 44 ədəd ağac əkilib, onlara aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq, bu gün Gəncədə 8 Noyabr - Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilir.

Keçidlər