Gəncədə 8 Noyabr – Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib
8 Noyabr – Zəfər Günü münasibətilə Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ekoloji Park Kompleksində ağacəkmə aksiyası baş tutub.
Aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları iştirak ediblər.
Tədbirdən sonra Niyazi Bayramov və digər rəsmilər şəhid ailələrinin üzvləri ilə çay süfrəsi ətrafında səmimi söhbət ediblər.
Qeyd edək ki, təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, 8 Noyabr – Zəfər Günü münasibətilə Gəncədə silsilə tədbirlər keçirilir.






