Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə “ABAD məhəllə” layihəsi həyata keçirilir

30 aprel 2026 | 12:34

Gəncə Şəhər İcra Hakimiyyəti  və “Bakı Abadlıq Xidməti “ MMC tərəfindən şəhərin bir sıra çoxmənzilli yaşayış binalarının yerləşdiyi məhəllə və parklarında “ABAD məhəllə” layihəsi çərçivəsində yenidənqurma işləri aparılır. Bununla əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov görülən işlərlə yerində tanış olub.

Şəhər rəhbərinə məlumat verilib ki, artıq 8 məhəllədə “ABAD məhəllə” layihəsi yerinə yetirilir. Daha 6 məhəllədə isə bu işlərin həyata keçirilməsi nəzərdə tutulub. Məhəllələrlə yanaşı, binaların fasadları da təmir olunur, blokların qapı və pəncərələri yeniləri ilə əvəz edilir. Artıq 2 binanın fasadında yenilənmə işləri yekunlaşmaq üzrədir.

Sözügedən məhəllələrdə uşaq meydançaları salınır, bordür və tamet daşları düzülür, idman qurğuları quraşdırılır, söhbətgahlar yaradılır, həmçinin ərazilərdə müasir işıqlandırma sistemləri qurulur.

Bununla yanaşı, şəhərdə 10-a yaxın kiçik park və yaşıllıq sahəsində də təmir işlərinin aparılması planlaşdırılır. Parklarda tamet daşlarının döşənməsi, yeni söhbətgahların qurulması, asfaltlanma işlərinin görülməsi, müasir işıqlandırma sistemlərinin quraşdırılması, yaşıllıq zolaqlarının salınması və ərazilərin ümumi abadlaşdırılması nəzərdə tutulur.

 

Keçidlər