Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması çərçivəsində müzakirə keçirilib

27 noyabr 2023 | 17:53

Gəncə Şəhər İcra Hakimiyyətində Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması və Platformanın fəaliyyətinin dəstəklənməsi məqsədi ilə növbəti müzakirə keçirilib.

Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev bildirib ki, “Açıq Hökumət Platforması” 2016-cı ildə təsis edilib. Platformanın məqsədi dövlət qurumları ilə vətəndaş cəmiyyəti təşkilatlarının bir müstəvidə birbaşa təmasına, həmçinin müzakirələrə nail olmaqdır. Platformanın yaranması ilə hökumət vətəndaş cəmiyyəti əməkdaşlığı yüksək institusional səviyyəyə keçib. O qeyd edib ki, platforma  Azərbaycanda “Açıq Hökumət" təşəbbüslərinin tətbiqi, dövlət orqanlarının fəaliyyətində açıqlığa, şəffaflığa, hesabatlılığa,  geniş vətəndaş iştirakçılğına və bu istiqamətlərdə yeni texnologiyaların tətbiqnə nail olunması üçün vətəndaş cəmiyyətinin səylərini səfərbər edir.

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Abuzər Zeynalov dövlət xidmətlərinin göstəriməsində müasir informasiya-kommunikasiya texnologiyalarının genişləndirilməsinin, dövlət orqanlarının göstərdikləri xidmətlərin elektronlaşdırılmasının, vətəndaş cəmiyyəti institutlarının ictimai həyatda rolunun daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, perspektivlər müəyyən edilib.

Keçidlər