Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə aerobika gimnastikası üzrə böyüklər arasında 14-cü Avropa çempionatı başlayıb

14 noyabr 2025 | 21:15
Gəncə İdman Sarayında aerobika gimnastikası üzrə böyüklər arasında 14-cü Avropa çempionatı start götürüb.
 
Yarışın açılış mərasimində əvvəlcə iştirakçı ölkələrin bayraqları səhnəyə gətirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Avropa Gimnastikasının vitse-prezidenti Edvard Kolar çıxış ediblər.
 
Daha sonra “Nizami Xəzinəsi” adlı bədii kompozisiya təqdim olunub. Nizami Gəncəvinin ölməz irsinə həsr olunan kompozisiya musiqi, rəqs və vizual effektlərin birləşməsi ilə iştirakçılara yaddaqalan anlar yaşadıb.
 
Ardınca gimnastların ilk çıxışlarına start verilib və idmançılar fərdi proqram üzrə öz peşəkarlıqlarını nümayiş etdiriblər.
 
Qeyd edək ki, noyabrın 16-dək davam edəcək çempionatda 18 ölkədən 151 gimnast iştirak edir. İdmançılar fərdi, üçlük, qrup, qarışıq cütlük və aerodans proqramlarında çıxış edirlər.
Keçidlər