Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə akademik Maqsud Əliyevin 100 illiyinə həsr edilən Beynəlxalq elmi konfrans keçirilib

17 dekabr 2024 | 12:37

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, ARETN-nin Nazirliyinin Fizika İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi tərəfindən görkəmli fizik, alim, Əməkdar elm xadimi, akademik Maqsud Əliyevin 100 illiyinə həsr olunmuş “Fizikanın aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib.

Konfransda ARETN-nin Fizika İnstitutunun baş direktoru, AMEA-nın akademik-katibi, akademik Arif Həşimov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik  Fuad Əliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, Azərbaycan Dövlər Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İbrahim Cəfərov,  o cümlədən Azərbaycan və MDB ölkələrinin elmi tədqiqat və ali təhsil ocaqlarını təmsil edən alimlər iştirak ediblər.    

Əvvəlcə qonaqlar Ulu Öndər Heydər Əliyevin Gəncənin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək, xatrəsinə ehtiramlarını bildiriblər. Sonra AMEA-nın Gəncə Bölməsinin böyük akt salonunun önündə görkəmli alimin həyatı, onun Azərbaycan və dünya elminə göstərdiyi xidmətlərdən bəhs edən  sərgiyə baxış keçirilib.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndiriliməsi ilə başlayıb.  Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Həmçinin, akademik Maqsud Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.  

Akademik Fuad Əliyev Prezident İlham Əliyevin Azərbaycan elminin inkişafına, alimlərin fəaliyyəti və rifahına olan xüsusi diqqət va qayğısından bəhs edib. Həmçinin, Fuad Əliyev akademik Maqsud Əliyevin  adı və əziz xatirəsinin Gəncənin elmi mühitində xüsusi rəğbətlə yad edildiyini bildirib. Qeyd edib ki, Respublikamızın ikinci şəhərində çoxşaxəli elmi  mərkəzin yaranması, burada aparılacaq tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi, hətta onun üçün böyük binanın seçilməsi məsələlərinin reallaşmasında Maqsud müəllimin də həlledici rolu olub.

Arif Həşimov öz çıxışında Ümummilli Liderin dövlətçilik və tərəqqi xəttinin müasir dövrün xüsusiyyətləri şəraitində tam bərqərar olmasının cənab Prezident İlham Əliyevin dəqiq və düşünülmüş daxili və xarici siyasəti ilə gerçəkləşdirildiyini qeyd edib və bu tərəqqiyə alimlərimizi daim öz tədqiqatları ilə xidmət etməyə çağırıb. Akademik Arif Həşimov Azərbaycan fizika elminin nəhəng simalarından olan Maqsud Əliyevin 100 illiyinə həsr olunan konfransda bu böyük alimin elmimizə və cəmiyyətimizə verdiyi sanballı töhfələrin xarakterinə və miqyasına uyğun gələn aktual  tədqiqat istiqamətlərinin müzakirə predmeti olacağına inandığını bildirib. O, həmçinin Maqsud Əliyevin AMEA-nın Fizika institutunun müasir əsaslarla formalaşmasında və  inkişafında böyük rol oynadığını qeyd edib.

Yadigar Bədəlov çıxışında tədbir iştirakçılarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq, konfransın işinə uğurlar arzulayıb.  Yadigar Bədəlov Gəncədə son dövrdə müxtəlif sahələr üzrə keçirilən elmi konfransın əhəmiyyətindən bəhs edib.

Çıxış edən natiqlər elmi tədqiat və ali təhsil ocaqlarının əməkdaşlıq məsələləri haqda fikirlər səsləndiriblər, bu məsələdə tanınmış alimlərimizin rolunun əhəmiyyətli olduğunu qeyd edərək,  fizika elminin aparıcı alimlərindən olmuş akademik Maqsud Əliyevinn yetirmələrinin Bakı ilə yanaşı Gəncədəki ali təhsil və tədqiqat ocaqlarında da çalışdıqlarını diqqətə çatdırıblar.

Beynəlxalq konfrans bölmə iclasları ilə davam edib.

Keçidlər