Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə antiterror əməliyyatı zamanı həlak olan şəhidlərin 40 mərasimləri keçirilib

01 noyabr 2023 | 13:43

Gəncə şəhərində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş 6 nəfər hərbi qulluqçunun 40 mərasimləri keçirilib.

Gəncənin Şəhidlər Xiyabanında keçirilən mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov,  ADAU-nun rektoru Zəfər Qurbanov, QMİ Qazılar şurasının üzvü Hacı Tahir Abbasov, SHXÇDX Gəncə şəhər Nizami və Kəpəz rayonları şöbələrinin rəisləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları,  bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri,  şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları və şəhər ictimaiyyəti iştirak ediblər.

Mərasim iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Din xadimi tərəfindən şəhidlərimizin ruhlarına dualar oxunub.

Niyazi Bayramov şəhidlərin ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib.

Qeyd edək ki, cari ilin 19-20 sentyabr tarixlərində silahlı qüvvələrimiz tərəfindən keçirilən lokal xarakterli antirerror əməliyyatı zamanı Gəncə şəhərindən baş leytenant Həsənov Kərəm Akif oğlu, əsgərlər Axundov Murad Xıdır oğlu, Bədəlov Oruc Arif oğlu, Ələkbərov Ramal Elnur oğlu, Əliyev Orxan Eldar oğlu və Əliyev Talıb Elman oğlu şəhidlik zirvəsinə ucalıblar.

Allah rəhmət eləsin!

Keçidlər