Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Aşura günü ilə əlaqədar olaraq könüllü qanvermə aksiyası təşkil olunub

16 iyul 2024 | 15:25

Aşura günündə Gəncənin “İmamzadə” məscid ziyarətgah kompleksində  könüllü qanvermə aksiyası keçirilib. Səhər saatlarından başlayan qanvermə aksiyasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri,  idarə, müəssisə, təşkilat rəhbrələri və  ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiya zamanı həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.  Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq. 

Qeyd edək ki, aksiya günün sonuna qədər davam edəcək. Qan vermək istəyən şəxslər növbəti 40 gün ərzində də Mərkəzi Qan Bankının Gəncə Bölməsinə yaxınlaşa bilərlər.

Keçidlər