Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Avropa keyfiyyətli traktorlar yığılacaq

15 may 2023 | 17:10

Azərbaycanın maşınqayırma sənayesinin flaqmanı olan, artıq 20 ilə yaxındır ki, ölkəni avtomobil və kənd təsərrüfatı texnikaları ilə peşəkar şəkildə təmin edən “Gəncə avtomobil zavodu” İstehsalat Birliyində yeni səhifə açılır. Müəsisə bu gün həm Avropada, həm də dünyanın kənd təsərrüfatı bazarında öz keyfiyyəti və davamlılığı, yüksək məhsuldarlıq xüsusiyyətləri ilə seçilən traktorlarların istehsalçısı olan İtaliyanın “SDF Group” şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Müqaviləni “Gəncə avtomovil zavodu” İB-nin direktoru Bağban Nəbiyev və İtaliyanın “SDF Group”unun beynəlxalq regional direktoru Umberto Miceli imzalayıblar.

Yeni model traktorların təqdimat mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “Gəncə avtomobil zavodu” İstehsalat Birliyinin Müşahidə şurasının sədri Xanlar Fətiyev, İtaliyanın “SDF Group” şirkətinin beynəlxalq regional direktoru Umberto Miceli və digər qonaqlar iştirak ediblər.

Keyfiyyəti ilə seçilən alman traktorlarına Azərbaycan bazarında tələbatın olduğunu nəzərə alınaraq, “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi ilkin mərhələdə il ərzində 300-ə yaxın traktorun yığılmasını planlaşdırır. İlkin olaraq “DEUTZ-FAHR 4100 W”, “6205 G” və “115 G AGROFARM” Alman traktor modellərinin Azərbaycanda yığılması üçün razılıq əldə edilib. Müqavilənin şərtlərinə əsasən əməkdaşlıq çərçivəsində yığılacaq traktorların model sırasını gələcəkdə denişləndirmək nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, 2004-cü ildən fəaliyyətə başlayan “Gəncə avtomobil zavodu” İstehsalat Birliyində 2007-ci ildən etibarən 15 000-ə yaxın müxtəlif modeldə və modifikasiyada traktorlar və digər kənd təsərrüfatı texnikaları yığalaraq təhvil verilib. Bu müddətdə zavodda 5000-dən yuxarı müxtəlif markalı və modeldə yük avtomobilləri yığılıb.

Keçidlər