Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Azərbaycan cəmiyyətində qadınların rolu və gənclərin tərbiyəsində analar qarşısında duran əsas vəzifələr” mövzusunda tədbir keçirilib

09 dekabr 2024 | 12:10

Tədbir Gəncə Şəhər Ağsaqqallar Şurasının, Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin, Gəncə Tibb Kollecinin və GDU-nun nəzdində Regional Kollecin birgə təşkilatçılığı ilə keçirilib.

ADAU-da baş tutan konfransda Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, Azərbaycan Ağsaqqalalar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, həmçinin ziyalılar, şəhid ailələri, təhsil müəssisələrinin müəllim-tələbə heyəti, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirlib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Zəfər Qurbanov giriş nitqində qadınlarımızın cəmiyyətdə gündən-günə artan əhəmiyyətli rolundan ətraflı bəhs edib. O, ölkəmizdə qadınların cəmiyyətdəki yerinin və rolunun Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində yüksək qiymətləndirildiyini bildirib.Bayram Yusifov çıxışında konfrans iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayıb. Bayram Yusifov xüsusi qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkəmizin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu gün beynəlxalq aləmdə respublikamızı ləyaqətlə təmsil edir, Azərbaycan qadınının nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirir.

Yadigar Bədəlov çıxışında bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan qadın siyasətinin mükəmməl nümunəsini Prezident İlham Əliyev yaradıb. Bu gün ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında qadınların iştiraklarının daha fəal olduğunu vurğulayıb.   

Çıxış edən natiqlər Azərbaycan qadınlarının tarix boyu xalqımızın taleyində oynadıqları əhəmiyyətli roldan söz açıblar.

Konfransın sonunda Gəncə Şəhər Ağsaqqallar Şurası adından səmərəli fəaliyyətləri ilə fərqlənən bir qrup qadına təşəkkürnamələr təqdim olunub.

 

Keçidlər