Gəncədə Azərbaycan Gürcüstan əlaqələrinin 30, gürcü yazıçısı Nikoloz Barataşvilinin 205 illiyinə həsr olunmuş tədbir keçirilib
12 dekabr 2022 | 19:32
Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi, Gürcüstanın Gəncədəki Baş konsulluğunun təşkilatçılığı ilə Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik münasibətlərin 30 illiyinə və gürcü yazıçısı Nikoloz Barataşvilinin 205 illik yubileyinə həsr olunmuş tədbir reallaşıb.
Tədbirdə Gürcüstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gürcüstanın Gəncədəki Baş konsulu Nikoloz İaşvili, idarə, müəssisə, təşkilat rəhbərləri, yazıçılar, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Nikoloz İaşvili qonaqları salamlayaraq, Azərbaycan və Gürcüstan respublikaları arasında olan ikitərəfli əməkdaşlıqdan söz açıb. O qeyd edib ki, 30 il ərzində Azərbaycan və Gürcüstan arasında tarixi dostluq və qonşuluq ənənələrinə əsaslanan əlaqələr mövcuddur. Gürcüstanla Azərbaycanı ilk növbədə, qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir, ölkələrimiz bir sıra beynəlxalq təşkilat və qurumlar daxilində sıx əməkdaşlıq edirlər. Bununla yanaşı, Baş konsul bildirib ki, bu il vaxtı ilə Gəncədə yaşayan gürcü yazıçısı Nikolas Barataşvilinin 205 illiyi qeyd olunur. Bu münasibətlə şairin "Merani" kitabı azərbaycan dilinə tərcümə edilərək, poeziyasevərlərin ixtiyarına verilib.
Niyazi Bayramov çıxışında bildirib ki, möhkəm təməllər üzərində dayanan Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Belə ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələrkən Gürcüstanla münasibətlərin inkişaf etdirilməsini mühüm vəzifə kimi qarşıya qoyub. Sonrakı dövrdə möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsi olaraq bu əlaqələr daha da inkişaf edib.
Niyazi Bayramov Gəncədə gürcü şairi Nikoloz Barataşvilinin 205 illik yubileyinin qeyd olunmasının əhəmiyyətindən də söz açıb. O bildirib ki, Multikultural dəyərlərə sadiq olan Azərbaycan dövləti öz ərazisində yaşayan bütün azsaylı xalqlara və onların mədəniyyətlərinə hər zaman diqqət göstərib və göstərir. Şəhər rəhbəri "Gürcüstanın Lermontovu" adlandırılan şairin yaradıcılığı ilə tanışlığın azərbaycanlı oxucular üçün də maraqlı olacağını söyləyib.
Daha sonra Nikolas Barataşvilinin "Merani" kitabı oxuculara təqdim olunub. Qeyd edək ki, kitabı Azərbaycan dilinə Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-dramaturq İmir Məmmədli tərçümə edib.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana səfəri ilə bağlı videoçarx nümayiş olunub, xatirə şəkli çəkdirilib.