Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə bayram namazı qılınıb

21 aprel 2023 | 21:34

 

Gəncənin “İmamzadə” Dini Kompleksi və şəhərin bütün məscidlərində Ramazan ayının başa çatması münasibətilə bayram namazı qılınıb.

Bayram namazından sonra Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi yad edilib, ölkəmizə firavanlıq, ailələrə ruzi, bərəkət və bolluq arzulanıb.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb və Ramazan Bayramı 21, 22 aprel tarixlərinə təsadüf edir.

Keçidlər