Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair görüş keçirilib

13 avqust 2026 | 16:47

Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasında Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev, Asiya İnkişaf Bankının nümayəndəsi Yagut İltifat Ertenliche, ekspertlər Bernhard Schenk və Faiq Sadıxov, Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Nurəhməd Əhmədov, həmçinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları iştirak ediblər.

Toplantıda bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 14 may tarixli 665 nömrəli “Tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına əsasən, “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2027–2030-cu illər üçün Milli Strategiya” layihəsinin hazırlanması ilə bağlı müvafiq tapşırıq verilib.

Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Asiya İnkişaf Bankının dəstəyi ilə Milli Strategiya layihəsinin hazırlanması, eləcə də ölkədə bərk məişət tullantılarının idarə edilməsi sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi istiqamətində işlərə başlanılıb.

Görüşdə bərk məişət tullantılarının idarə olunması sahəsində mövcud vəziyyət, qarşıda duran vəzifələr və bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər ətrafında müzakirələr aparılıb.

 

Keçidlər