Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Beynəlxalq Bitki Sağlamlığı Günü: Dayanıqlı Kənd Təsərrüfatında Bitki Amili” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib

14 may 2024 | 15:04

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan Respublika elmi-praktik konfrans Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin, Qida Təhlükəsizliyi Agentliyinin, Aqrar Xidmətlər Agentliyinin, EGE Universitetinin Kənd təsərrüfatı fakültəsinin, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun, Lənkəran Dövlət Universitetinin, “Azərpambıq ASK” MMC-nin tərəfdaşlığı və Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə baş tutub.

Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfransda tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Mərkəzin qarşısında yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Daha sonra Mərkəzin foyesində ADAU-nun tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Dövlət Aqrar Universitetinin tanıtım çarxı nümayiş olunub.

ADAU-nun rektoru Zəfər Qurbanov Ulu Öndər Heydər Əliyevin Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki ADAU) diqqət və qayğısından bəhs edib. Rektor bildirib ki, Ümummilli Liderin ölkənin yеganə ali aqrar təhsil müəssisəsinə göstərdiyi diqqət və qayğı 20 ildən artıqdır ki, Heydər Əliyevin ən layiqli davamçısı, cənab Prеzidеnt İlham Əliyеv tərəfindən yüksək səviyyədə davam еtdirilir.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri Tahir Rzayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, AQTİ-nin Bitki sağlamlığı və risklərin qiymətləndirilməsi şöbəsinin müdiri Eldar Mustafayev çıxışlarında keçirilən konfransın əhəmiyyətindən danışıb və tədbirin gedişatına uğurlar arzulayıblar.

Sonda konfrans işini bölmələrdə davam etdirib.

Keçidlər