Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə bir qrup incəsənət xadimi “Təşəkkürnamə”lərlə təltif olunublar

07 dekabr 2024 | 11:15

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən ümumşəhər tədbirində iştirak edən bir qrup sənət adamlarını “Təşəkkürnamə” ilə təltif edib.

Bununla əlaqədar olaraq, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında toplantı təşkil olunub. Toplantıda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev sənət adamlarını  şəhər rəhbəri Niyazi Bayramovun adından salamlayaraq, onlarla səmimi söhbət edib və sənət yollarında uğurlar arzulayıb.

Xalq artisti Şahnaz Haşımova, Əməkdar artist Kəmalə Məmmədova, solist Vasif Bayramlı və digər iştirakçılar çıxış edərək mədəniyyət sahəsinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini  bildiriblər.  

Daha sonra F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının, Gəncə Dövlət Milli Dram Teatrının, Yüksəl Əlizadə adına Akustik Musiqi və İncəsənət Mərkəzinin əməkdaşlarına, o cümlədən “Göygöl” Mahnı və Rəqs Ansamblının, “Xəmsə” Uşaq Rəqs Ansamblının və “Xəmsə” nağara ifaçıları Ansamblının üzvlərinə 8 Noyabr – Zəfər Günü münasibətilə təşkil olunmuş ümumşəhər tədbirində fəal iştiraklarına görə “Təşəkkürnamə”lər təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər