Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə bir sıra istehsalat müəssisələri fəaliyyət göstərir

11 avqust 2023 | 15:58

Ölkənin ikinci ən böyük sənaye şəhəri olan Gəncədə bir sıra istehsalat müəssisələrinin fəaliyyəti şəhər iqtisadiyyatının inkişafına təkan verir. Belə müəssisələrdən biri 2019-cu ildən “Nəsimioğlu” MMC-nin nəzdinə yaranan sirkə istehsal edən müəssisədir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev sözügedən müəssisəyə baş çəkib. Burada bildirilib ki, müəssisənin illik istehsal gücü 1800 ton həcmindədir. Lazım olan xammal əsasən Quba və Qazax şəhərlərindən gətirilir.

Adil Tağıyev eyni zamanda, Gəncə şəhərində dam örtükləri istehsal edən müəssisəyə baş çəkib, iş prosesi ilə yerində tanış olub. Məlumat verilib ki, müəssisə Gəncə şəhərində 2020-ci ildən fəaliyyət göstəririr. 1000-1500 ton istehsal qabiliyyeti olan müəssisəyə xammallar Rusiya Federasiyasından, Çin Xalq Respublikasından və Ukraynadan gətirilir.

Adil Tağıyev hər iki müəssisənin fəaliyyətinə uğurlar arzulayıb.

Keçidlər