Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Biz torpaqlarımıza qayıdacağıq” mövzusunda konfrans keçirilib

20 oktyabr 2023 | 15:42

Gəncədə “Biz torpaqlarımıza qayıdacağıq” mövzusunda konfrans keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının dəstəyi və  Gəncə Şəhər Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Biz torpaqlarımıza qayıdacağıq” mövzusunda konfrans keçirilib.

Konfransda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, Qərbi Azərbaycan İcmasının Gəncə nümayəndəliyinin rəhbəri Mübariz Yusifov, şəhid ailələri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin  və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Adil Tağıyev çıxışında konfrans iştirakçılarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayıb, bucür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq konfransın gedişatına uğurlar arzulayıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin adından salamlayaraq ərazi bütövlüyümüzün, suverenliyimizin tam təmin olunmasından söz açıb. Vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz şanlı Zəfər qazanaraq, haqq-ədaləti bərpa edib, torpaqlarımız erməni işğalçılarından tamamilə azad olunub

Çıxış edən natiqlər Azərbaycanda müstəqilliyinin əbədi, daimi və dönməz xarakter almasının, sabit dövlət quruluşunun yaranmasının məhz dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu iftixar hissi ilə dilə gətiriblər.  Ümummilli Liderin Vətən, xalq qarşısındakı tarixi xidmətlərindən ətraflı söhbət açıblar.

Gəncə Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Məmmədəli Balayevin ifasında səsləndirilən şeirlər isə tədbir iştitakçılarının gurultulu alqışları ilə qarşılanıb

Keçidlər