Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Çanaqqala Zəfərinin 110-cu, Türkiyənin İstiqlal marşının qəbul edilməsinin 104-cü ildönümləri qeyd olunub

18 mart 2025 | 16:20

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə Qafqaz İslam Ordusu şəhidlərinin xatirəsinə ucaldılan abidənin önündə 18 Mart – Çanaqqala Zəfərinin 110-cu, Türkiyənin İstiqlal marşının qəbul edilməsinin 104-cü ildönümləri ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Gəncə Tibb Kollecinin direktoru, əməkdar həkim Mehman Rzayev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, o cümlədən şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib, Çanaqqala şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

Daha sonra Qafqaz İslam Ordusu şəhidlərinin xatirəsinə ucaldılan abidənin önünə tər çiçəklər düzülüb.

Anım mərasimində çıxış edən Recep Öztop Vətən uğrunda canından keçən türk və Azərbaycan şəhidlərini yad edib, qazanılan zəfərlərin əbədi olmasını diləyib. O bildirib ki, Çanaqqala zəfəri məhv olmaq təhlükəsində olan bir ölkənin şanlı qələbəsidir. Bu zəfər türk millətinin gücünün və sarsılmazlığının ifadəsidir. O, Türkiyə ilə Azərbaycan arasında olan tarixi dotluq və qardaşlıq əlaqələrinə də toxunub. Bildirib ki, Türkiyə dövləti daim Azərbaycan xalqının yanındadır və hər bir sahədə əlindən gələni etməyə hazırdır. Baş konsul eyni zamanda, Çanaqqala Zəfərindən ilhamlanaraq İstiqlal marşını qələmə alan dahi şair Mehmet Akif Ərsoyu hörmət və sevgi ilə yada salıb.

Niyazi Bayramov çıxışında qeyd edib ki,  Çanaqqala döyüşü türk vətəndaşlarının mübarizliyinin simvolu kimi əbədiləşib. Çanaqqala döyüşündə 3 minə yaxın azərbaycanlı iştirak edib və qardaş ölkənin müstəqilliyi uğrunda canlarından keçib. Bildirib ki, iki dövlət beynəlxalq aləmdə hər zaman bir-birinin haqlı mövqeyinin fəal dəstəkçisi kimi çıxış edir. Şəhər rəhbəri həmçinin, Türkiyənin Dövlət Himni olan “İstiqlal marşı”nın türk ordusunun qələbəsinə olan inamını, türk əsgərinin şücaətinin və fədakarlığının göstəricisi olduğunu da vurğulayıb.

Tarixçi Bəxtiyar Məhərrəmov çıxışında Çanaqqala döyüşünün tarixinə nəzər salıb və bu savaşın dünya hərb tarixinə ən böyük döyüşlərdən biri kimi daxil olduğunu qeyd edib.

Keçidlər