Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə cənab İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü münasibətilə ağacəkmə aksiyası təşkil olunub

13 oktyabr 2023 | 18:22

Ulu Öndər Heydər Əliyevin davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf edir, qüdrətlənir və dünyanın aparıcı dövlətləri sırasında nüfuzlu yer tutur. Ümummilli Liderimizin siyasi kursuna daim sədaqətli olan Gəncə sakinləri ölkə Prezidentinin, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirirlər.

Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin davamçısı İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü münasibəti ilə YAP Gəncə şəhər təşkilatının partiya fəalları ağacəkmə aksiyası keçiriblər.

Aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Yaşar Ömərov, Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, təşkilatın partiya fəalları və gənclər iştirak ediblər.

Aksiya iştirakçıları Nizami Gəncəvi Məqbərəsi ətrafında 20 ədəd Gəncənin simvolu olan çinar ağacı əkiblər. Bununla yanaşı, partiya fəalları ərazidə təmizlik işləri aparıb, yeni əkilən ağacları suvarıb, onlara aqrotexniki qulluq göstəriblər.

Keçidlər