Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə “COCA-COLA İLƏ XƏZƏR YAY” festivalı keçirilib

17 avqust 2026 | 16:34

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Xəzər TV-nin təşkilatçılığı ilə keçirilən möhtəşəm “COCA-COLA İLƏ XƏZƏR YAY” festivalı şəhər sakinlərinə və qonaqlara unudulmaz anlar yaşadıb.

Festivalda Azərbaycanın tanınmış estrada müğənniləri Hiss, Nuran, Ayaz Babayev, Mərdan Kazımov, Azad Şabanov və Cin çıxış ediblər. Müğənnilərin ifasında səslənən sevilən mahnılar festival iştirakçıları tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.

Rəngarəng musiqi proqramı, əyləncəli çıxışlar və yüksək əhval-ruhiyyə ilə yadda qalan festivalda Gəncə sakinləri və şəhərin qonaqları birlikdə xoş vaxt keçiriblər.

Keçidlər