Gəncədə daha bir neçə qanunsuz tikintinin qarşısı alınıb
Gəncədə qanunsuz tikintilərə qarşı aparılan monitorinqlər davam etidirlir. Monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə aparılır.
Həyata keçirilən növbəti monitorinqlər zamanı, şəhərin R.Qasımov, M.Əliyev və Y.Məmmədəliyev küçələrində qanunsuz olaraq tikintisi aparılan artırma, obyekt və yaşayış sahəsi aşkarlanıb. Aşkarlanan qanunsuz tikintilər dayandırılıb və söküntüsü təmin edilib.
Qeyd edək ki, aparılan monitorinqlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcəkdir.