Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə daha bir qanunsuz tikili sökülüb

20 iyun 2024 | 15:11

Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsininvə hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə növbəti monitorinq keçirilib.

Aparılan monitorinqlər zamanı, məlum olub ki, şəhərin Ş.İ.Xətai prospektində dövlət mülkiyyəti, həmçinin istirahət guşəsi olan ərazinin müəyyən hissəsi şəhid ailəsi tərəfindən zəbt edilib. Monitorinq qrupu tərəfindən qanunsuz inşa edilən obyektin tikintisi dərhal dayandırılaraq, söküntüsü təmin edilib.

Qeyd edək ki, şəhər ərazisində bu kimi tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Keçidlər