Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Doğulacaq uşağın cinsinin seçilməsi ilə mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib

11 dekabr 2023 | 11:10

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın 2.2.9-cu bəndinə uyğun olaraq Gəncədə maarifləndimə tədbiri keçirilib. Tədbir Gəncə Şəhər İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Xalidə Mete, ADAU-nun Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təlim -resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva iştirak ediblər.

Çıxışlar zamanı yeniyetmə və gənclərin sağlam nəsil kimi formalaşması istiqamətində mütəmadi olaraq həyata keçirilən maarifləndirmə işləri, uşaqların doğulanadək cins seçiminin qarşısının alınması və ailələrdə doğulan uşaqlar arasında oğlan uşağına verilən üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılması haqqında danışıb. Selektiv abortların anaların sağlamlığı və demoqrafik balansın pozulmasına və milli genofondumuza olan mənfi təsirləri, eyni zamanda reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında məlumatlar tədbir iştirakçılarının diqqətə çatdırılıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər