Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar olaraq tədbir keçirilib

18 oktyabr 2023 | 14:41

18 Oktyabr 2023-cü il tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə  təşkilatçılığı ilə Azərbaycan dövlət müstəqilliyinin bərpasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə DQİDK Gəncə Bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Pərvin Kazımov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının nümayəndəsi, şöbənin əməkdaşları, Mədəniyyət İdarəsinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmaq imkanı qazanıb, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə özünün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dünyaya bəyan edib. Eyni zamanda natiqlər, Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz fəaliyyətindən, o cümlədən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından danışıblar. 

Keçidlər