Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Dünya Türk Qəhvəsi Günü” münasibətilə tədbir keçirilib

05 dekabr 2024 | 18:56

Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə 5 Dekabr-Dünya Türk Qəhvəsi Günü münasibətilə “Bookzone” Kitab Evində tədbir baş tutub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) prezidenti Sərkan Kayalar, TİKA-nın Orta Asiya və Qafqaz ölkələri üzrə dairə rəhbəri Dr. Əli Özgün Öztürk, TİKA-nın Bakı Ofisinin rəhbəri Xeyrəddin Özçelik, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Bildirilib ki, Türk qəhvəsi, Türkiyə ənənələrinin vacib bir hissəsidir. 2013-cü ildə Türkiyə qəhvəsi UNESCO-nun Qeyri-maddi Mədəni İrsi siyahısına daxil edilib və həmin ildən etibarən hər il 5 dekabr tarixi "Dünya Türk Qəhvəsi Günü” kimi qeyd olunur.

Tədbirdə iştirakçılara türk qəhvəsi təqdim edilib. Həmçinin, qəhvə ilə çəkilən rəsmlər qonaqların marağına səbəb olub.

Keçidlər