Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə ədliyyə işçilərinin peşə bayramı qeyd olunub

23 noyabr 2026 | 10:01

22 noyabr 2026-cı il tarixində Gəncə şəhərində ədliyyə işçilərinin peşə bayramı və Azərbaycan ədliyyə orqanlarının yaradılmasının 108-ci ildönümü qeyd olunub.

Bu münasibətlə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, şəhərdə fəaliyyət göstərən ədliyyə orqanlarının rəhbərləri və əməkdaşları Ulu Öndər Heydər Əliyevin Mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Qeyd edək ki, ədliyyə işçilərinin peşə bayramı Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis edilib.

Keçidlər