Gəncədə ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
22 Noyabr 2023-cü il tarixində Gəncə şəhərində ədliyyə işçilərinin peşə bayramı və Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 105-ci ildönümü qeyd olunub. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Apellyasiya Məhkəməsinin sədri Mirbahəddin Hüseynov, Gəncə regional Ədliyyə şöbəsinin rəisi İlkin Nəcəfov və ədliyyə işçiləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Niyazi Bayramov ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik edərək onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra tədbir işitrakçıları Heydər Əliyev Mərkəzinə baş çəkiblər, burada Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolunu, çoxşaxəli fəaliyyətini əks etdirən eksponatlar haqqında məlumat alıblar.
Qeyd edək ki, ədliyyə işçilərinin peşə bayramı Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunmuşdur.