Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə əmək yarmarkası keçirilib

23 oktyabr 2023 | 14:21

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkası Gəncə şəhərində təşkil edilib.

Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən keçirilən yarmarkada 20 müəssisə iştirak edib və 200-dən çox vakansiya təqdim edilib.

Yarmarkada vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər üçün göndərişlər formalaşdırılıb.

Tədbirdə həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin Mərkəzi Karyera filialının əməkdaşları tərəfindən peşəyönümü xidmətinin göstərilməsi təmin edilib, aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib.

Keçidlər