Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış məşqi keçirilib

19 oktyabr 2026 | 14:58

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi 2026-cı tədris ili üzrə Təqvim Planına uyğun olaraq, oktyabrın 15-də “Azərbaycan Alüminiumu” ASC-nin Gəncə Gil-Torpaq İstehsalat Sahəsinin ərazisində hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış məşqi keçirilib.

Məşqin məqsədi fövqəladə hadisələr zamanı mülki müdafiə dəstələrinin hazırlıq səviyyəsini yoxlamaq, onların xəbərdarlıq sxeminə uyğun toplanma müddətini müəyyənləşdirmək olub.

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və FHN-in Gəncə Regional Mərkəzinin dəstəyi ilə keçirilən məşq çərçivəsində əvvəlcə şəxsi heyət üçün metodiki toplantı təşkil olunub, təhlükəsizlik qaydaları barədə məlumat verilib.

Daha sonra şəxsi heyətin toplanışı, sıra baxışı keçirilib, müvafiq sərəncam iştirakçıların diqqətinə çatdırılıb. Texnika, alət və avadanlıqların mövcudluğu yoxlanılıb, funksional vəzifələr dinlənilib və təhlükəsizlik qaydalarına dair təlimat verilib.

Yekunda məşqin rəhbəri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının sektor müdiri Yadigar Bədəlov və FHN-in Gəncə Regional Mərkəzinin Mülki müdafiə İdarəsinin baş zabiti, mayor Rəşad Abdullayev məşqin nəticələrini qənaətbəxş qiymətləndiriblər. Aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyə və tapşırıqlar verilib.

Keçidlər