Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə fəaliyyət göstərən iki ali təhsil müəssisəsinə velosipedlər hədiyyə olunub

30 yanvar 2026 | 14:17

Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinə 25 ədəd velosiped hədiyyə edilib. Velosipedlər qoruyucu kasketlər və su qabları ilə birlikdə universitet gənclərinin istifadəsinə verilib.

Layihə Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşəbbüsü ilə həyata keçirilib. Gəncə şəhərinin Heydər Əliyev adına mərkəzi meydanında keçirilən təqdimat mərasimində YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhərin tanınmış idman ustaları və tələbə-gənclər iştirak ediblər.

Qeyd olunub ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə velosipedlərin hədiyyə olunması artıq ənənə halını almaqdadır. Bildirilib ki, layihənin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, ekoloji nəqliyyat vasitələrindən istifadənin təşviqi və velosiped mədəniyyətinin formalaşdırılmasıdır.

Layihənin davamı olaraq ADAU, GDU və ATU-da velosiped klublarının yaradılması planlaşdırılır ki, bu da tələbə-gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, onların fiziki aktivliyinin artırılmasına mühüm töhfə verəcək.

Keçidlər