Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə FHN əməkdaşları ağacəkmə aksiyası keçiriblər

04 noyabr 2024 | 17:54

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən Gəncədə növbəti ağacəkmə aksiyası keçirilib.

Heydər Əliyev Park-Xiyaban Kompleksinin ərazisində baş tutan aksiyada FHN-in Gəncə Regional Mərkəzinin əməkdaşları və nazirliyin digər qurumlarının əməkdaşları iştirak ediblər.

Aksiya ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin təbliğ edilməsi məqsədilə təşkil olunub.

Əsasən Gəncənin iqlim şəraiyinə uyğun olan Eldar şamı, çinar və zeytun ağacları əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən ağacəkmə aksiyaları mütəmadi olaraq təşkil edilir.

 

Keçidlər