Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə "Galaksi" şirkətinə məxsus istehsal müəssisələrinin açılışı olub

22 dekabr 2022 | 18:19
 
Gəncədə "Galaksi Tekstil" və "Galaksi Seramik Tava" istehsal müəssisələrinin açılış mərasimi keçirilib.
Açılışda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, türk iş adamı, "Galaksi" şirkətinin sahibi Qiyas Akkurt, YAP Gəncə şəhər təşkilatının sədri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və kollektivləri iştirak ediblər.
Əvvəlcə Niyazi Bayramov və Qiyas Akkurt tərəfindən müəssisənin rəmzi açılışını bildirən qırmızı lent kəsilib.
Daha sonra müəssisələrə baxış keçirilib. Bildirilib ki, Gəncə şəhəri Gəncə-Şəmkir şossesinin sol tərəfində yerləşən "Galaksi Tekstil" və "Galaksi Seramik Tava" istehsal müəssisələrində ilkin mərhələdə 150 işçi çalışır, gələcəkdə işçi sayının artacağı gözlənilir. Bununla yanaşı, burada aylıq 5 min ədəd yataq, 5 min ədəd isə tava dəstlərinin istehsalı nəzərdə tutulub. Şirkət rəhbəri yaxın gələcəkdə 3-cü istehsal müəssisəsinin də açılacağı barədə məlumat verib.
Niyazi Bayramov rəsmilərlə bərabər burada görülən işlərlərlə tanış olub və müəssisənin gələcək fəaliyyətinə uğurlar arzulayıb. Türk iş adamı Qiyas Akkurt ölkədə yerli və xarici investorlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Qeyd edək ki, "Galaksi" şirkəti ölkəmizdə 20 ildən çoxdur ki, fəaliyyət göstərir.
Keçidlər