Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə “Gələcəyimizi birlikdə qoruyaq!” mövzusunda valideyn konfransı keçirilib

19 noyabr 2026 | 11:13

Gəncə şəhər 29 nömrəli tam orta məktəbdə keçirilən konfransda Gəncə Şəhər İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xalidə Babayeva, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdirinin müavini Elmin Məmmədtağıyev, İdarənin Gəncə şəhəri üzrə təhsil sektorunun müdiri Nərgiz Həsənova, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Qrupunun inspektoru, polis leytenantı Tubər İsazadə, təhsil müəssisələrinin müəllim və psixoloqları, eləcə də valideynlər iştirak ediblər.

Konfransın əsas məqsədi valideynlərin maarifləndirilməsi, onların uşaqların tərbiyəsi, təhlükəsizliyi və sağlam psixoloji inkişafı ilə bağlı müzakirələrə, eləcə də qərarvermə prosesinə fəal cəlb olunması olub.

Tədbirdə uşaqla düzgün ünsiyyət və psixoloji dəstək, rəqəmsal və kibertəhlükəsizlik, valideyn, şagird və məktəb arasında əməkdaşlığın gücləndirilməsi kimi aktual məsələlər diqqət mərkəzində olub.

Çıxışlarda valideynlərin uşaqların təlim-tərbiyəsində rolu, ailədə düzgün ünsiyyət mühitinin formalaşdırılmasının əhəmiyyəti, valideyn-övlad münasibətləri və uşaqların hüquqlarının qorunması məsələlərinə toxunulub. Həmçinin çətin həyat şəraitində olan ailələrdə böyüyən və çətin tərbiyə olunan uşaqlarla bağlı görülən işlər barədə məlumat verilib.

Konfrans çərçivəsində “Rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış”, “Valideyn-məktəb-şagird üçbucağı”, “Çətin həyat şəraitində olan ailələrdə böyüyən və çətin tərbiyə olunan uşaqlarla bağlı görülən işlər” və digər mövzularda çıxışlar dinlənilib.

Müzakirələr zamanı valideynlərin sualları cavablandırılıb, iştirakçılar arasında fikir mübadiləsi aparılıb. Uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsi üçün ailə, məktəb və müvafiq qurumlar arasında əməkdaşlığın vacibliyi vurğulanıb.

Konfransın sonunda bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Keçidlər