Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Gənclərin sağlam həyat tərzi keçirmələri, səhhətlərinin, fiziki normalarının, gümrahlıqlarının əldə olunması və qorunması üçün qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib

01 mart 2024 | 12:41

Konfrans Azərbaycan Dövlət Aqrar Universitetində baş tutub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, ADAU-nun rektoru Zəfər Qurbanov, Gəncə Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin nümayəndəsi, Gəncə Şəhər Ağsaqqallar Şurasının üzvləri və gənclər iştirak ediblər.  

Əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda Prezident İlham Əliyevin gənclər siyasətinə həsr olunan videoçarx nümayiş olunub.

Çıxış edən qonaqlar bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin banisi olduğu və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti özünün keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin gənclər siyasətinin mərkəzində bir əsas xətt dayanır ki, bu da Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsidir. Çünki tarix boyu üzləşdiyimiz reallıqlar və Vətən müharibəsindən sonra Azərbaycanın diktə etdiyi reallıq bir daha göstərdi ki, gənc Azərbaycan oğullarının Şuşa qayalarında, bütün Qarabağ torpağında yazdıqları qəhrəmanlıq salnaməsinin kökündə məhz azərbaycançılıq ideologiyası, Vətənə, yurda sədaqət, torpağa bağlılıq amilləri dayanır.  

Qeyd edək ki, konfrans Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Şəhər Ağsaqqallar Şurasının, Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, habelə “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin birgə təşkilatçılığı ilə baş tutub.

Keçidlər