Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində tədbir keçirilib

29 aprel 2024 | 16:43

Gəncə şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində növbəti görüş təşkil olunub.

Tədbirin açılışında Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri çıxış edərək, Azərbaycan qadınının mənəvi və ailə dəyərlərinin qorunması, gənc nəslin düzgün yetişdirilməsi və cəmiyyətin inkişafındakı müstəsna rolundan danışıb, dövlət tərəfindən həyata keçirilən uğurlu qadın siyasətindən və hər sahədə öz potensiallarını reallaşdırmaq və layiqli mövqe tutmaq üçün Azərbaycan qadınlarına yaradılan geniş imkanlardan bəhs ediblər. Çıxış edənlər, həmçinin regionlarda yaşayan qadınların, gənc qızların şəxsi inkişafına dəstək olaraq həyata keçirilən sosial layihələrin, o cümlədən “Güclü cəmiyyətin zərif simaları” layihəsinin əhəmiyyətini diqqətə çatdırıblar.

Çıxışlarda fəal xanımlar öz uğur hekayələri və təcrübələrini görüş iştirakçıları ilə bölüşüb, onlarla müzakirələr aparıblar.

Qeyd edək ki, layihənin məqsədi regionlarda yaşayan qadınlar, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etməkdir.

 

 

Keçidlər