Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə güclü küləklə müşahidə olunan yağıntının fəsadları aradan qaldırılır

14 iyun 2023 | 20:01

13 İyun 2023-cü il tarixində güclü küləklə müşahidə olunan leysan xarakterli yağışın yağması  Gəncə şəhərində bir  sıra fəsadlar törədib. Belə ki,  şəhərin SHXÇDX-nin Gəncə Şəhər Nizami Rayon Şöbəsinin ətraf ərazilərində yerləşən yaşayış evlərinin həyətinə və zirzəmisinə yağış suları dolub, nəticədə həmin evlər yararsız vəziyyətə düşüb.  

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına əsasən, yaranmış problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən təxirəsalınmaz tədbirlər görülür. Şəhər Fövqəladə Hallar Komissiyasının üzvləri əraziyə yerində baxış keçirib. Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşları gün ərzində evlərin zirzəmilərinə və həyətinə dolan suyun çəkilməsi istiqamətində iş aparırlar.

Məlumat üçün bildirilir ki, sözügedən ərazidə evlərin qanunsuz inşa olunması ehtimalı səbəbindən müvafiq araşdırmalar aparılmaqla məsələnin hüquq çərçivəsində həlli istiqamətində aidiyyəti qurumlarla müzakirələr həyata keçirilir.

Xatırladaq ki, bundan öncə 23 may 2023-cü il tarixində güclü küləklə müşahidə olunan leysan xarakterli yağışın yağması şəhər ərazisində bir sıra fəsadlara yol açmışdır.

 

 

Keçidlər