Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda seminar keçirilib

03 noyabr 2023 | 15:20

Heydər Əliyev Mərkəzində reallaşan tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə gerçəkləşib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə Bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, BBMM-nin analitika şöbəsinin müdiri Rəşad İlyasov, Azərbaycan Texniki Universitetinin professoru Əyyub Kərimov, Qərb bölgəsində fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.  Daha sonra Multikulturalizm Mərkəzinin hazırladığı “Heydər Əliyev və multikulturalizm” sənədli filmi nümayiş edilib.


Yadigar Bədəlov tədbir iştirakçıları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayıb. O qeyd edib ki, Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində milli və dini icmalara göstərilən dövlət qayğısı daim diqqət mərkəzində saxlanılır.


Həsən Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu müasir azərbaycançılıq ideologiyasının əsasında Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr əsasında vahid birliyi ideyası dayanır. O, həmçinin, Qərb bölgəsində fəaliyyət göstərən dini konfessiyalar arasındakı həmrəylikdən danışıb.

Daha sonra Rəşad İlyasov Multikulturalizm Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr haqda məlumat verib. Qeyd edib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Heydər Əliyev İli” çərçivəsində cari ilin iyun-noyabr aylarında ölkəmizin 10 bölgəsinin Heydər Əliyev Mərkəzlərində yerli icra hakimiyyətləri ilə birlikdə Ulu Öndərin Azərbaycan multikulturalizminin inkişafında xidmətlərinə həsr olunan seminarlar keçirir.

Əyyub Kərimov Azərbaycanın multikulturalizm siyasəti və Ümummilli Lider Heydər Əliyevin Azərbaycan multikulturalizminin inkişafındakı rolundan bəhs edib. 


Tədbirin sonunda iştirakçıların fikirləri dinlənilib, sualları cavablandırılıb.

Keçidlər