Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” mövzusunda tədbir keçirilib

06 may 2025 | 15:37

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsinin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin və Gəncə şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” mövzusunda tədbir reallaşıb.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, Qazılar Şurasının üzvü hacı Tahir Abbasov, Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, dini konfensiya nümayəndələri, dini icma sədrləri, din xadimləri, müharibə iştirakçıları və şəhid ailələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan stendlərlə baxış keçiriblər.

Tədbirdə  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib. Daha sona Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən natiqlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən danışıblar. Bildirilib ki, ölkəmizdə əsası Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyası dövlətçiliyimizin formalaşmasında mühüm rol oynayıb, milli özünüdərkin və milli ruhun dirçəlməsinə səbəb olub. Qeyd olunub ki, Ulu Öndər gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin əhəmiyyətini daim vurğulayırdı.

Sonda  Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi əsasında hazırlanmış “Heydər Əliyev - dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş etdirilib.

Keçidlər