Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası baş tutub

01 mart 2023 | 18:05

Gəncə Şəhər İcra Hakimiyyətinin və ADİİXİHİ Gəncə şəhər komitəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub.
“100 ədəd ağac əkək” devizi ilə təşkil olunan ağacəkmə aksiyasında Gəncə Şəhər İcra Hakimiyyətinin və ADİİXİHİ Gəncə şəhər komitəsinin, YAP Gəncə şəhər təşkilatının üzvləri və Vətən müharibəsi iştirakçıları iştirak ediblər.
Əvvəlcə aksiya iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Daha sonra Heydər Əliyev Park-Kompleksinin daha əvvəldən müəyyən olunmuş hissəsində 100 ədəd Eldar şamı və Kiparis ağacı əkilib.

Keçidlər