Gəncədə “Heydər Əliyev İli” çərçivəsində “I Regional Gənclər və Turizm Forumu" keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi və “Gələcək Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncədə “Heydər Əliyev İli” çərçivəsində “I Regional Gənclər və Turizm Forumu" keçirilib.
YAP Gəncə şəhər təşkilatının inzibati binasında baş tutan forumda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini, Millət vəkilləri, Gəncə Şəhər Gənclər və İdman Baş idarəsinin rəisi, YAP Gəncə şəhər təşkilatının nümayəndələri, layihə rəhbəri və gənclər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbirdə bildirilib ki, layihənin əsas məqsədi ölkənin turizm potensialından istifadə imkanlarını öyrənmək, regionların sosial-iqtisadi inkişafında gənclərin rolunu artırmaq, yeni ideaların mübadiləsinə və uğurlu təcrübənin tətbiqinə nail olmaqdır.
Qonaqalar bu cür layihənin keçirilməsinin əhəmiyyətindən bəsh edib və forumun gedişatına uğurlar arzulayıblar.
Daha sonra “Gənclər üçün turizmdə yeni perspektivlər”, “Turizm təhsili”, “Beynəlxalq təcrübədə turizm bloggerliyi”, “Dövlətin gənclər və turizm siyasəti”, “Gənclər təşkilatlarının turizmdə rolu” və digər mövzular ətrafında panel müzakirələr aparılıb.